• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Zaqatala-Balakən Kobim

Haqqımızda

Regionlarda kiçik və orta biznes subyektləri üçün əlverişli şəraitin yaradılması, KOB sektorunun davamlı inkişaf etdirilməsi, sahibkarların maliyyə resurslarına və müxtəlif institusional dəstək mexanizmlərinə səmərəli və keyfiyyətli çıxışının təmin edilməsi dövlətin prioritet məqsədlərindən biridir. Bu önəmli məqsədə nail olmaq üçün 28 dekabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. KOBİA Şamaxı və İsmayıllı rayonlarında fəaliyyət göstərən KOB-lar ilə dövlət və özəl qurumlar arasında səmərəli əlaqələndirmə mexanizmini yaratmaq, onların inkişafı təmin etmək üçün təlim, şəbəkələşmə, məsləhət xidmətlərinin həyata keçirilməsi məqsədilə Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzini təsis etdi. Mərkəz Şamaxı və İsmayıllı regionlarında kiçik və orta biznes subyektlərində fəaliyyət göstərən sahibkarların və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi şəxslərin bilik və bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək məqsədilə müxtəlif mövzularda yerli və xarici ekspertlər, təlimçilər tərəfindən keyfiyyətli təlim, məsləhət və şəbəkələşmə üzrə xidmətlər təklif edir, innovativ sahibkarlığa və startaplara dəstək proqramları həyata keçirir, gənclər, qadınlar arasında sahibkarlığı təşviq etmək məqsədilə müxtəlif proqramlar icra edir.

Məqsədimiz

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinin əsas məqsədi Şamaxı və İsmayıllı regionlarında fəaliyyət göstərən sahibkarların, o cümlədən sahibkar olmaq istəyən şəxslərin bilik və bacarıqlarının artırılmasını, dəstək proqramlarına çıxışını və regionlarda sahibkarlığın təşviq edilməsini təmin etməkdən ibarətdir. KOB İnkişaf Mərkəzi yeni biznesə başlamaq istəyən şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların, qadınların, gənclərin, sosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin (əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olanlar) və II Vətən müharibəsi iştirakçılarının sahibkarlıq istiqamətindəki fəaliyyətlərini təlim, məsləhət və şəbəkələşmə xidmətləri təşkil etməklə dəstəkləyəcək.

Missiyamız

KOB-ların müxtəlif dəstək mexanizmlərinə əlçatımlılığının təmin edilməsi, regionlarda fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və onların problemlərini həll etmək məqsədilə müvafiq qurumlar ilə əlaqələndirilməsini təmin etməkdir.

Fəaliyyətimiz

Fəaliyyət İstiqamətləri

KOB İnkişaf Mərkəzi sahibarkarların bilik və bacarıqlarını artırılması, bizneslərinin inkişaf etdirilməsi məqsədilə aşağıdakı mövzular üzrə təlimlər, məsləhət və şəbəkələşmə xidmətləri təqdim edir:

  • Biznesin idarəedilməsi;
  • Ənənəvi marketinq;
  • Digital marketinq;
  • Sosial Media Marketinq;
  • Satış və satış texnikaları;
  • Yumşaq bacarıqlar (liderlik, ünsiyyət bacarıqları, stressin idarə edilməsi, zamanın effektiv idarə edilməsi, komanda işi və s.);
  • Biznes hüququ;
  • Vergi qanunvericiliyi;
  • İnsan resurslarının idarə edilməsi;
  • Mühasibatlıq;
  • Startap və innovasiya ekosistemi;
  • Maliyyənin idarə edilməsi;
  • Müştəri xidmətləri;
  • Əlavə maliyyə resurslarına çıxış və s.

 

KOB İnkişaf Mərkəzi sahibkarların müraciətinə və ehtiyaclarına uyğun olaraq spesifik mövzularda ödənişsiz şəkildə müxtəlif təlimləri, məsləhət xidmətlərini də həyata keçirir.

Xidmətlərdən faydalanmaq məqsədilə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamağınız və ya Şamaxı şəhərində yerləşən KOB İnkişaf Mərkəzinə yaxınlaşmağınız xahiş olunur.

MÜRACİӘT FORMASI

Gәlin birlikdә inkişaf edәk