Ekspert
Fuad Qəşəmov
1986-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Qafqaz Universistetində “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr təhsilini bitirib. 2011-ci ildə isə Bakı Dövlət Universistetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistr təhsilini bitirib. Hal-hazırda isə Böyük Britaniyanın Aberden Universitetində “Mübahisələrin həlli üzrə” magistratura təhsilini davam etdirir.
Əmək fəaliyyətində 2011-2012-ci illərdə “AZER-TÜRK BANK” ASC hüquqşünas olaraq başlayıb. 2012-2013-cü illərdə RETA COMMERCE INVESTMENT CONSULTING-də baş hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2013-cu ildən 2021-ci ilə qədər EKVITA şirkətində mübahisələrin həlli praktikasının rəhbəri vəzifəsində çalışıb. 2021-ci ildən etibarədən “LEGALIZE” hüquq şirkətini təsis edib. 25 avqust 2014-cü ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.
Bundan başqa, o peşəkar fəaliyyəti dövründə müxtəlif xarici və beynəlxalq şirkətlərə məsləhət xidmətləri verib və onları uğurla təmsil edib:
Global 500 reytinqinə daxil olan Koreya şirkətinə London Beynəlxalq Arbitraj Məhkəməsinin qərarının Azərbaycanda tanınması və icrası ilə bağlı məsləhət vermişdir;
Böyük Britaniya şirkətini mürəkkəb daşınmaz əmlak mübahisəsi ilə bağlı Azərbaycan məhkəmələrində (bütün instansiyalarda) uğurla təmsil etmişdir (iddia məbləği 2 milyon ABŞ dollarından çox olmuşdur);
ABŞ şirkətini mürəkkəb müqavilə və daşınmaz əmlak mübahisəsi ilə bağlı təmsil etmişdir (iddia məbləği 20 milyon ABŞ dollarından çox olmuşdur);
ABŞ-ın neft qaz şirkətini müxtəlif əmək və kommersiya mübahisələrində uğurla təmsil etmişdir;
Böyük Britaniyanın gəmiçilik şirkətini əmək mübahisəsində uğurla təmsil etmişdir;
Müxtəlif xarici şirkətləri Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində təmsil etmişdir;
Koreya şirkətinin 107 milyon ABŞ dollar dəyərində olan tikinti layihəsinə tam hüquqi dəstək göstərmişdir;
Böyük Britaniya investisiyalı şirkəti kredit və daşınmaz əmlak mübahisəsində təmsil etmişdir (iddia məbləği 130 milyon manatdan çox olmuşdur);
AmCham Azərbaycan tərəfindən həyata keçirilən “Ağ Sənəd” layihəsinin hazırlanmasında iştirak etmişdir;
Böyük Britaniyanın hüquq şirkətinə Azərbaycan hüququnun tətbiqi və şahidlərin hazırlanması ilə bağlı defamasiya mübahisəsində dəstək göstərmişdir;
London Beynəlxalq Arbitraj Məhkəməsində dəyəri 100 milyon dollarla ölçülən və regionun ən böyük gəmiçilik şirkəti ilə dövlət şirkəti arasındakı mübahisədə Azərbaycan hüququnun tətbiqi ilə bağlı ekspert qismində iştirak etmişdir;
İstanbul Arbitraj Mərkəzində (İSTAC) tərəfin təyin etdiyi arbitr qismində iştirak etmişdir (mübahisə məbləği 30 milyon ABŞ dollarından çox olmuşdur);
Çin şirkətini məbləği 5 milyon dollardan artıq olan mübahisədə təmsil etmişdir;
Yerli qazma şirkətini dəyəri 20 milyon manatdan artıq olan mübahisədə təmsil etmişdir;
Rusiyanın və Ukraynanın qənnadı istehsalı ilə məşğul olan böyük şirkətlərini mürəkkəb əqli mülkiyyət mübahisələrində təmsil etmişdir (20-dən artıq əmtəə nişanı);
İtalyan şirkətini kommersiya mübahisəsində təmsil etmişdir;
Həmçinin o, Amerika Vəkillər Assosiyası/ Mərkəzi Avropa və Asiya Hüquq Təşəbbüsü tərəfindən həyata keçirilən “Canlı hüquq”, “Kommersiya hüququ üzrə ingilis dili”, “Məhkəmələrdə vəkillik bacarıqları”, “Qiymətli kağızlar hüququ: İqtisadi əsasları, qanunvericilik və beynəlxalq təcrübə”, “Beynəlxalq ticarət (Inkoterms)” təlimlərində iştirak edib. 2020-ci ildə İSO 37001 Əsas Bələdçi sertifikatına malikdir.

Ekspert
Ruslan Bayramov
2003-2004-cü illərdə FLEX proqramı vasitəsilə Amerika Birləşmiş Ştatlarının Arkanzas ştatında Rose ...
 (1)_1626261846.jpeg)
Ekspert
Şəbnəm Səfərova
Ağdam şəhərində anadan olmuşdur. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin (indiki ...
 (1)_1627300601.jpg)
Ekspert
Aytən Şıxaliyeva
Aytən Şıxaliyeva bakalavr təhsilini Bakı Dövlət Universitetində “Tarix”, magistr təhsilini isə ...

Ekspert
Namiq Bayramov
Namiq Bayramov 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan ...

Ekspert
Altay Əliyev
Altay Aliyev Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəolunması ixtisası ...
_1627611006_1630067770.jpg)
Ekspert
Nadirli Nadir
Nadirli Nadir 1991-ci ildə Qax şəhərində anadan olub. 2008-2012-ci illər ərzində ...

Ekspert
Azad Qəhrəmanov
2004-cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın 7 ...
_1634293020.jpg)
Ekspert
Alıyev Ramil
Alıyev Ramil 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə zərbaycan ...
_1638509104.jpeg)
Ekspert
Busena Çelik Zümbü
Busena Çelik Zümbül Marmara Universitetində “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr ...