Ekspert
Namiq Bayramov

Namiq Bayramov 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (indiki UNEC) Marketinq ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2003-cü ildə Marketinq ixtisası üzrə magistr dərəcəsi əldə edib.2010-cu ildə İstanbul şəhərində Europen School of Economics-in Beynəlxalq Marketinq Sertifikatını alıb.Hal-hazırda isə Lənkəran Dövlət Universitetinin doktorantıdır.
Əmək fəaliyyətinə 2004-cü ildən etibarən Nurgun Holdingdə satış meneceri olaraq başlayıb. 2005-ci ildən etibarən Vitam Advertising Agency, Maxmedia Advertising Agency kimi reklam agentliklərində çalışıb. 2011-ci ildə tanınmış dizayner Azər Nəcəfovla birlikdə hazırda ölkənin ən tanınan reklam agentliklərindən biri olan “Yello Advertising”-i qurub.
2015-2016-cı illərdə UNEC-də pedaqoji fəaliyyətə başlayıb. “Marketinq Menecement”, “Beynəlxalq Marketinq” fənnlərini tədris edib. 2019-cu ildən etibarən pedaqoji fəaliyyətini Lənkəran Dövlət Universitetində davam etdirir. “Marketinq Menecement”, “İstehlakı Davranışının İdarə Edilməsi”, “Marketinq Kommunikasiyaları”, “Reklamın Planlaşdırılması və İdarə Edilməsi”, “Xidmət Sahələrinin Marketinqi”, “Marketinq Tədqiqatları” və s. fənləri tədris edir.
2020-ci ilin əvvəlindən etibarən biznes təlimləri üzrə ölkənin ən tanınmış mərkəzlərindən biri olan SAT Group-la əməkdaşlığa başlayıb. Hazırda orda “Marketinq”, “Brendinq”, “Marketinq Strategiyaları”, “Marketinq Kommunikasiyaları” istiqamətləri üzrə təlim verir. Eyni zamanda mentorluq fəaliyyəti ilə də məşğuldur.
Marketinq sektorunda aktiv fəaliyyət göstərir. Müxtəlif marketinq qruplarında və alyanslarında təmsil olunur. Marketinq Peşəkarları Birliyinin yaradıcılarından biri və İdarə Heyətinin Sədridir. 2015-ci ildən etibarən marketinq üzrə bloqerlik fəaliyyəti ilə də məşğuldur.
Ekspert
Fuad Qəşəmov
1986-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Qafqaz Universistetində “Beynəlxalq ...

Ekspert
Ruslan Bayramov
2003-2004-cü illərdə FLEX proqramı vasitəsilə Amerika Birləşmiş Ştatlarının Arkanzas ştatında Rose ...
 (1)_1626261846.jpeg)
Ekspert
Şəbnəm Səfərova
Ağdam şəhərində anadan olmuşdur. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin (indiki ...
 (1)_1627300601.jpg)
Ekspert
Aytən Şıxaliyeva
Aytən Şıxaliyeva bakalavr təhsilini Bakı Dövlət Universitetində “Tarix”, magistr təhsilini isə ...

Ekspert
Altay Əliyev
Altay Aliyev Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəolunması ixtisası ...
_1627611006_1630067770.jpg)
Ekspert
Nadirli Nadir
Nadirli Nadir 1991-ci ildə Qax şəhərində anadan olub. 2008-2012-ci illər ərzində ...

Ekspert
Azad Qəhrəmanov
2004-cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın 7 ...
_1634293020.jpg)
Ekspert
Alıyev Ramil
Alıyev Ramil 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə zərbaycan ...
_1638509104.jpeg)
Ekspert
Busena Çelik Zümbü
Busena Çelik Zümbül Marmara Universitetində “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr ...