• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Aprel ayı çərçivəsində Şamaxı-İsmayıllı KOBİM-də məsləhət xidmətlərinin göstərilməsi davam edir.

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (KOBİM) müraciət edən sahibkarlara məsləhət xidmətlərinin göstərilməsi davam edir.

       5 aprel tarixində İsmayıllı rayonunda fəaliyyət göstərən,  «İSMAVTO» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Mirzəliyev Azim müəssisəsi üçün  startap şəhadətnaməsinin alınması ilə bağlı Şamaxı-İsmayıllı KOBİM-ə müraciət edib. “Zoom” platforması üzərindən sahibkarla əlaqə saxlanılıb, ona startap şəhadətnaməsi almaq üçün lazım olan bütün prosedurlar izah edilib və sənədlərin hazırlanmasında da texniki dəstək göstərilib. Sahibkarın cari məsələ ilə bağlı bütün sualları ekspert-məsləhətçi tərəfindən cavablandırılıb.

                Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhəri Heydər Əliyev prospekti 48-də yerləşən ofisə müraciət edə bilərsiniz.

                Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.