• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

“İdeyanın biznesə çevrilməsi” mövzusunda təlim keçiriləcək

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən mikro, kiçik və orta sahibkarlar, eləcə də yeni biznesə başlayanlar üçün 6 avqust 2021 ci il tarixində, saat 11:00-da “İdeyanın biznesə çevrilməsi” mövzusunda təlim keçiriləcək.

Təlimdə iştirakçılara biznes ideyanın dəyərləndirilməsi, "Kanvas" biznes modeli və onun müştəri seqmentlərinin formalaşdırılması, dəyər təklifləri, müştəri münasibətləri haqqında nəzəri məlumatlar veriləcək, həmçinin sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Eyni zamanda təlimdə mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə müxtəlif praktiki tapşırıqlar həyata keçiriləcək.

Təlimdə iştirak etmək istəyən KOB-lar Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə müraciət edə və ya +994 51 215 79 48 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.