• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

İsmayıllıda fəaliyyət göstərən sahibkarlar ilə görüş keçirib

Avqustun 18-də Şamaxı-ismayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən İsmayıllıda fəaliyyət göstərən sahibkarlar ilə görüş təşkil olunub. Turizm, heyvandarlıq, kənd təsərrüfatı, arıçılıq kimi sahələrdə fəaliyyət göstərən sahibkarlarla görüşdə KOB İnkişaf Mərkəzinin fəaliyyəti və sahibkarlara göstərilən dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Görüşün nəticəsi olaraq, sahibkarların ehtiyacları müəyyən edilərək növbəti mərhələdə Şamaxı-ismayıllı KOB İnkişaf Mərkəzinin təlimçi-ekpertləri tərəfindən müxtəlf mözularda təlim və məsləhət xidmətlərinin görülməsi planlaşdırılıb.

KOB İnkişaf Mərkəzi barədə regionda fəaliyyət göstərən sahibkarların və öz biznesini qurmaq istəyən şəxslərin məlumatlandırılması və ehtiyaclarının müəyyən edilməsi məqsədilə belə görüşlər davam etdiriləcəkdir.

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinin xidmətlərindən faydalanmaq istəyən KOB-lar (+994) 51 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinin ofisinə müraciət edə bilərlər.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.