• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

    Heydər Əliyev prospekti 48, Şamaxı şəhəri

Xəbərlər

"Müvəkkil kredit təşkilatlarına müraciət qaydaları" mövzusunda təlim keçirilib

Avqustun 29-da Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar üçün "Müvəkkil kredit təşkilatlarına müraciət qaydaları" mövzusunda təlim keçirilib.

Təlim zamanı sahibkarlara ölkəmizdə sahibkarlıq fəliyyətinin maliyyəşdirilməsi ilə məşğul olan təşkilatlar, güzəştli kreditlərlə bağlı müvəkkil kredit təşkilatları, kreditlər üzrə ödənişlərin həyata keçirilmə qaydası, kreditləri əldə etmək üçün mərhələlər və tələb olunan sənədlər, kredit vəsaitlərinin verilmə həddi, istifadə müddəti, faiz dərəcələri barədə ətraflı məlumat verilib. 15 sahibkarın iştirak etdiyi təlimdə mövzu üzrə fikir mübadiləsi aparılıb və sahibkarların sualları ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, sahibkarlar Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinin xidmətlərindən faydalanmaq üçün (+994) 51 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti, 48 ünvanında yerləşən ofisə müraciət edə bilərlər.

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti ...

Yanvarın 19-dan 24-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Satış strategiyaları" mövzusunda ...

Yanvarın 22-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.