Xəbərlər
Sahibkarlara vergi bəyannamələrinin verilməsində dəstək göstərilib.

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (KOBİM) müraciət edən sahibkarlara məsləhət xidmətlərinin göstərilməsi davam edir.
Aprel ayının 13-də Şamaxı rayon, Şəhriyar qəsəbə sakini, «Broyler İnkubatoru» sahəsi üzrə fəaliyyət göstərən sahibkar Həsənov Famil Şamaxı-İsmayıllı KOBİM-ə müraciət edərək vergi bəyannamələrinin və hesabatlarının təqdim olunması ilə bağlı məsləhət xidmətinə ehtiyacı olduğunu bildirib. Eyni zamanda Şamaxı rayon, Qurdtəpə kənd sakini, «Avtomobillərə texniki xidmət» sahəsi üzrə fəaliyyət göstərən sahibkar Nərimanov Razi də vergi bəyannamələrinin verilməsi və digər dövlət ödənişlərinin həyata keçirilməsində məsləhət xidmətinə ehtiyacı olduğunu bildirib.
Hər iki sahibkara fərdi şəkildə məsləhət xidməti göstərilib. Onlara vergi bəyannamələrinin hesablanması və ödənilməsi, şəxsi hesab vərəqinə baxış və təhlil, digər ödənişlərlə bağlı geniş məlumat verilib və hesabatların təqdim olunmasına texniki dəstək göstərilib. Sahibkarların bütün sualları cavablandırılıb.
Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhəri Heydər Əliyev prospekti 48-də yerləşən ofisə müraciət edə bilərsiniz.
Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...
.
Xəbərlər
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...
.