• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi edib.

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi edib.

Azərbaycan Respublikası Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) maliyyə dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin (Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi) təşkilatçılığı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (#KOBIA), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və Badamlı şirkətinin tərəfdaşlığı ilə “İntellektual klubların Gənclər liqası” nın Şamaxı rayonu üzrə ilk turu Şamaxı-İsmayıllı KOBİM-də baş tutub. Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ərəfəsində keçirilən tədbirdə gənc iştirakçılara Heydər Əliyevin daim gənclərə göstərdiyi diqqət və qayğıdan danışılıb. Həmçinin tədbir iştirakçılarına Şamaxı-İsmayıllı KOBİM-in fəaliyyəti ilə bağlı məlumat verilib, bukletlər paylanılıb.

Qeyd edək ki, ARB TV tədbirin media tərəfdaşıdır.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhəri Heydər Əliyev prospekti 48-də yerləşən ofisə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində ...

.