Xəbərlər
Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi tərəfindən sahibkarlara məsləhət xidməti göstərilib.

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (KOBİM) müraciət edən sahibkarlara mart ayı çərçivəsində məsləhət xidmətləri göstərilib.
Müraciətə əsasən Şamaxı rayonu Çuxuryurd kənd sakini Həsənova Aysabah sahibkarlıq fəaliyyətini genişləndirmək üçün məsləhət xidmətindən faydalanıb.
Vətəndaş sahibkarlıq fəaliyyətini inkişaf etdirmək, vergi uçotuna alınmaq və VÖEN almaqla bağlı müraciət edib. Ona müvafiq qanunvericlik, qaydalar və prosedurlar izah olunub. Həmçinin VÖEN alınması üçün sənədləşmə işlərində texniki dəstək göstərilib.
Beləliklə Həsənova Aysabah dərzi xidməti fəaliyyətinə uyğun olaraq, onun məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilib və ona vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) təqdim edilib.
Daha sonra sahibkar Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə təkrar müraciət edib. Ona müraciətinə əsasən “Biznesin idarəedilməsi”, "İnsan resurslarının idarə olunması", "Maliyənin düzgün idarə olunması", "Komanda quruculuğu", "Effektiv idarəetmə"mövzularında canlı və "Zoom" platforması üzərindən məsləhət xidməti göstərilib.
Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhəri Heydər Əliyev prospekti 48-də yerləşən ofisə müraciət edə bilərsiniz.
Şamaxı-KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...
.
Xəbərlər
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...
.