• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində də məsləhət xidmətlərinin göstərilməsi davam edir.

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində də məsləhət xidmətlərinin göstərilməsi davam edir.

#Arıçılıq təsərrüfatı ilə məşğul olan #sahibkar, Şamaxı rayon sakini Allahverdiyev Həbib 26 aprel 2022-ci il tarixində Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə müraciət edib. Sahibkar #arı təsərrüfatı üçün arı yeşikləri, bal çəkən aparat və #mum əridən avadanlığın alınması, həmçinin arıçılıq təsərrüfatını genişləndirməsi məqsədilə maliyyə dəstəyinə ehtiyacı olduğunu bildirib. Bu məqsədlə dövlətin dəstək mexanizmlərindən yaralanmaq istəyini və bunun üçün məsləhət xidmətinə ehtiyacı olduğunu bildirib. Sahibkara cari mövzu üzrə məsləhət xidməti göstərilib, dövlətin dəstək mexanizmlərindən yararlanmaq üçün mövcud prosedurlar haqqında detallı məlumat verilib.

Həmçinin ona 27 aprel 2022 -ci il tarixdə #KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə “Zoom proqramı vasitəsilə keçirilən «Maliyyə dəstəyi ilə bağlı sahibkarlıq subyektlərinin məlumatlandırılması” tədbirində iştirak etməsi məsləhət görülüb. Sahibkarın tədbirdə iştirakına texniki dəstək göstərilib.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün 📲(+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya 📍Şamaxı şəhəri Heydər Əliyev prospekti 48-də yerləşən ofisə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

#KOBİA #KOBİM #Şamaxı #İsmayıllı #sahibkarliq

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.