• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

    Heydər Əliyev prospekti 48, Şamaxı şəhəri

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM-də sahibkarlarla görüş keçirilib

Avqustun 30-da Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM), Şamaxı KOB Dostunun təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakı ilə Şamaxı rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Sahibkarların maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlərdə Şamaxı-İsmayıllı KOBİM-in fəaliyyət istiqamətləri və göstərilən dəstək mexanizmləri barədə məlumat verilib. 10 sahibkarın iştirak etdiyi görüşdə Mərkəz tərəfindən keçirilən təlimlərin əhəmiyyəti və göstərilən məsləhət xidmətlərindən yaralanmaq imkanlarından danışılıb. Bundan əlavə sahibkarlar üçün güzəştli kredit imkanları və bu çərçivədə həyata keçirilən proqramlar barədə məlumat verilib və onları narahat edən suallar cavablandırılıb.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhəri Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Şamaxı-KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti ...

Yanvarın 19-dan 24-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Satış strategiyaları" mövzusunda ...

Yanvarın 22-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.