• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

    Heydər Əliyev prospekti 48, Şamaxı şəhəri

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM fəaliyyətini uğurla davam etdirir

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinin (KOBİM) may ayından oktyabr ayınadək fəaliyyət müddəti ərzində uğurlu nəticələr əldə edilib. Şamaxı-İsmayıllı KOBİM tərəfindən "İdeyanın biznesə çevrilməsi", "Marketinq bizneslərə nə üçün lazımdır?", "Biznes planın yazılması", "Brendinq əsasları", "Biznesə başlama və vergi güzəştləri", "Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması", "Satışın idarə olunması", "Müvəkkil kredit təşkilatlarına müraciətin edilməsi qaydaları", "Maliyyə savadlılığı" "Baytarlar üçün biznes və sahibkarlıq fəaliyyətinin təşkili" və.s. kimi 29 mövzuda 139 saat olmaqla təlim həyata keçirilib. Təlimlərdə 121 qadın və 53 gənc olmaqla 334 nəfər iştirak edib.

Şamaxı-İsmayıllı KOBİM fəaliyyət istiqamətinə uyğun olaraq, maliyyə institutlarından kreditin əldə edilməsi, biznes planın və hüquqi müqavilənin hazırlanması, quru meyvə üçün qida sertifikatının alınması, "Sosial Bağlar" layihəsinə müraciətin edilməsi, müvəkkil kredit təşkilatlarından güzəştli kreditin əldə edilməsi, fiziki və hüquqi şəxslərin vergi uçotuna alınması və s. kimi mövzularda ümumilikdə 134 saat olmaqla 23 KOB subyektinə məsləhət xidməti göstərib. Göstərilən məsləhət xidməti nəticəsində 17 biznes plan hazırlanıb və layihə çərçivəsində sahibkar olmaq istəyən qadınların avadanlıqlar ilə təmin olunması istiqamətində müsbət cavab alınıb.

Şamaxı-İsmayıllı KOBİM arıçılıq, ictimai-iaşə, turizm, heyvandarlıq ,fındıqçılıq, kənd turizmi, bərbərxana və s. kimi sahələrdə fəaliyyət göstərən 44 nəfər sahibkar ilə davamlı olaraq maarifləndirici görüşlər keçirib və ehtiyaclarını müəyyən edib.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən İsmayıllıda kənd turizmi sahəsində fəaliyyət göstərən 2 yeni KOB yaradılıb.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti ...

Yanvarın 19-dan 24-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Satış strategiyaları" mövzusunda ...

Yanvarın 22-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.