• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

    Heydər Əliyev prospekti 48, Şamaxı şəhəri

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM-in təşkilatçılığı ilə sahibkarlarla görüş baş tutub

Sentyabrın 16-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) təşkilatçılığı ilə İsmayıllıda "Sosial Bağlar-2021" layihəsinə qoşulmaq istəyən sahibkarlar ilə görüş keçirilib.

Sahibkarların müraciət əsasında Şamaxı-İsmayıllı KOBİM tərəfindən təşkil olunan görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri iştirak edib. Görüşdə iştirak edən sahibkarlara layihəyə müraciət qaydaları, iştirakçılara dair tələbələr, layihə çərçivəsində əkiləcək meyvə tingləri barədə ətraflı məlumat verilib. Layihə barədə iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün +994 51 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti ...

Yanvarın 19-dan 24-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Satış strategiyaları" mövzusunda ...

Yanvarın 22-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.