• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

    Heydər Əliyev prospekti 48, Şamaxı şəhəri

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Antikorrupsiya idarəetmə sisteminin beynəlxalq standartı" mövzusunda təlim keçirilib

Oktyabrın 9-da Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün "Antikorrupsiya idarəetmə sisteminin beynəlxalq standartı" mövzusunda təlim keçirilib.

Təlimdə Şamaxı-İsmayıllı KOBİM-in eksperti tərəfindən sahibkarlara korrupsiya anlayışı, korrupsiya ilə mübarizədə qəbul edilmiş beyn"əlxalq sənədlər, korrupsiya pozuntusu nəticəsində məsuliyyət, ISO 37001 Standartları barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılara müxtəlif ölkələrin tətbiq etdiyi qanunvericilik aktlarından nümunələr göstərilib. 15 sahibkarın iştirak etdiyi təlimdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və suallar ətraflı şəkildə cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti ...

Yanvarın 19-dan 24-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Satış strategiyaları" mövzusunda ...

Yanvarın 22-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.