• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

    Heydər Əliyev prospekti 48, Şamaxı şəhəri

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Əsas marketinq strategiyası" mövzusunda təlim keçirilib

Noyabrın 14-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün "Əsas marketinq strategiyası" mövzusunda təlim keçirilib.

Təlimdə Şamaxı-İsmayıllı KOBİM-in eksperti tərəfindən sahibkarlara bazarın öyrənilməsi, makromühit və mikromühitin təhlil edilmə qaydalar, PESTLE analizi, onun məqsədləri və predmenti, SWOT təhlili, bazarın rəqabət strukturu, əsas marketinq strategiyaları ( Bazar liderliyi, Fərqliləşdirmə, "Niche market", Mavi okean) barədə ətraflı məlumat verilib. 19 sahibkarın iştirak etdiyi təlimdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və suallar ətraflı şəkildə cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq istəyənlər (+994) 51 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya  Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərlər.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti ...

Yanvarın 19-dan 24-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Satış strategiyaları" mövzusunda ...

Yanvarın 22-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.