• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən fermerlər ilə görüş keçirilib

Noyabrın 17-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (KOBİM) və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə fermerlərlə görüş keçirilib.

Sahibkarların maarifləndirilməsi məqsədilə təşkil olunan görüşdə KOBİM-in fəaliyyət istiqamətləri və göstərilən dəstək mexanizmləri barədə məlumat verilib. 25 sahibkarın iştirak etdiyi görüşdə Şamaxı-İsmayıllı KOBİM tərəfindən keçirilən təlimlərin əhəmiyyəti, göstərilən məsləhət xidmətlərindən yaralanmaq imkanlarından danışılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

KOBİM-in fəaliyyət istiqamətləri barədə regionda fəaliyyət göstərən sahibkarların və öz biznesini qurmaq istəyən şəxslərin məlumatlandırılması və ehtiyaclarının müəyyən edilməsi məqsədilə belə görüşlər davam etdiriləcəkdir.

Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq istəyənlər (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərlər.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.