• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən keçirilən "Məktəbim" layihəsinin təlimləri başa çatıb

Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birlikdə həyata keçirdiyi "Məktəbim" layihəsi çərçivəsində Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən qadınlar üçün təşkil olunmuş təlimlər başa çatıb.

Təlimlərdə layihəyə cəlb olunmuş 15 qadına Şamaxı-İsmayıllı KOBİM-in eksperti tərəfindən məhsul/xidmətlərin və mallar qrupunun maya dəyərinin hesablanması, sərmayə planın hazırlanması, gəlirlər və xərclər planın hazırlanması, mənfəət və zərər haqqında hesabatların hazırlanması, digər xərclərin planlaşdırılması və biznes planın tərtib edilməsi istiqamətində məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.

Eləcə də, iştirakçıların öz layihələri üçün biznes planının hazırlanmasına dəstək göstərilib. Növbəti mərhələdə iştirakçılar məsləhət xidmətinə cəlb edilərək biznes planlarını təkmilləşdirəcəklər.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzinin ofisinə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.