• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

    Heydər Əliyev prospekti 48, Şamaxı şəhəri

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Maliyyə savadlılğı" mövzusunda təlim keçirilib.

Oktyabrın 17-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün "Maliyyə savadlılığı" mövzusunda təlim keçirilib.

Təlimdə Şamaxı-İsmayıllı KOBİM-in eksperti tərəfindən maliyyə savadlılığı, büdcə, gəlir və xərclər anlayışı, borc və öhdəliklərin müəyyən edilməsi, investitsiya və faizlərin idarə olunması, risk dərəcələri və onun idarə olunması barədə ətraflı məlumat verilib. 16 sahibkarın iştirak etdiyi təlimdə mövzu üzrə fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq istəyənlər (+994) 51 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərlər.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti ...

Yanvarın 19-dan 24-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Satış strategiyaları" mövzusunda ...

Yanvarın 22-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.