• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar ilə görüşlər keçirilib

Oktyabrın 15-17-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar ilə görüş təşkil olunub.

Arıçılıq, quşçuluq, qoyunçuluq, əkinçilik təsərrüfatı ilə məşğul olan sahibkarlarla keçirilən görüşdə Şamaxı-İsmayıllı KOBİM-in fəaliyyəti və sahibkarlara göstərilən dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Həmçinin sahibkarların ehtiyaclarının qiymətləndirilməsi məqsədilə onlar ilə sorğu həyata keçirilib. Növbəti mərhələdə Şamaxı-İsmayıllı KOBİM-in təlimçi-ekpertləri tərəfindən müxtəlf mözularda təlim və məsləhət xidmətlərinin görülməsi planlaşdırılıb.

Məlumat üçün bildiririk ki, Şamaxı-İsmayıllı KOBİM tərəfindən regionda fəaliyyət göstərən sahibkarların və öz biznesini qurmaq istəyən şəxslərin məlumatlandırılması və ehtiyaclarının müəyyən edilməsi məqsədilə belə görüşlər mütəmadi olaraq davam etdiriləcəkdir.

Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq istəyənlər (+994) 51 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərlər.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.