• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

    Heydər Əliyev prospekti 48, Şamaxı şəhəri

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Məktəbim" layihəsi çərçivəsində sahibkar olmaq istəyən qadınlar üçün biznes planın hazırlanması mərhələsi uğurla bitib

Sentyabrın 23-dən oktyabrın 11-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Məktəbim" layihəsi çərçivəsində sahibkar olmaq istəyən qadınlar üçün biznes planın hazırlanmasında dəstək göstərilib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara Şamaxı-İsmayıllı KOBİM-in peşəkar eksperti tərəfindən biznes planlarının tərtib edilməsi ilə bağlı mütəmadi olaraq görüşlər keçirilərək müzakirələr aparılıb. İlkin mərhələdə biznesin güclü və zəif tərəfləri, imkanları və təhükələri, biznesin məqsədləri müəyyən edilib, bazar araşdırılması aparılıb, biznesin rəqibləri analiz edilib, marketinq və satış strategiyası hazırlanıb. Eyni zamanda 7 nəfər sahibkar olmaq istəyən qadınlara müştəri cəlb etmə və satışın artırılma üsulları izah edilib, istehsal və tədarük planı hazırlanıb. Nəticə olaraq Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkar olmaq istəyən şəxslər üçün biznes planlar hazırlanıb və qiymətləndirmə üçün Dövlət Məşğulluq Agentliyinə təqdim edilib. Bu mərhələdə iştirakçılara məktəbəqədər təhsil mərkəzinin yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti ...

Yanvarın 19-dan 24-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Satış strategiyaları" mövzusunda ...

Yanvarın 22-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.