Xəbərlər
Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Məktəbim" layihəsi çərçivəsində təlimlər uğurla davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatının birlikdə həyata keçirdiyi "Məktəbim" layihəsi çərçivəsində Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təlimlər davam edir.
Təlimlərdə iştirak etmiş 15 nəfərə Şamaxı-İsmayıllı KOBİM-in eksperti tərəfindən sahibkar və sahibkarlıq anlayışı, biznesin idarə edilməsi üçün tələb olunan resurslar, bazar araşdırması və marketinq planın hazırlanması, satış və xammal/material alışı planının hazırlanması istiqamətində məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün +994 51 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzinin ofisinə müraciət edə bilərsiniz.
Xəbərlər
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...
.
Xəbərlər
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...
.