• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkar olmaq istəyən qadınlara biznes planın hazırlanmasına dəstək göstərilib.

Sentyabrın 23-dən oktyabrın 5-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Məktəbim" layihəsi çərçivəsində sahibkar olmaq istəyən qadınlar üçün biznes planın hazırlanmasında dəstək göstərilib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara Şamaxı-İsmayıllı KOBİM-in peşəkar eksperti tərəfindən biznes planlarının tərtib edilməsi ilə bağlı mütəmadi olaraq görüşlər keçirilərək müzakirələr aparılıb. İlkin mərhələdə biznesin güclü və zəif tərəfləri, imkanları və təhükələri, biznesin məqsədləri müəyyən edilib, bazar araşdırılması aparılıb, biznesin rəqibləri analiz edilib, marketinq və satış strategiyası hazırlanıb. Eyni zamanda 10 nəfər sahibkar olmaq istəyən qadınlara müştəri cəlb etmə və satışın artırılma üsulları izah edilib, istehsal və tədarük planı hazırlanıb. Nəticə olaraq Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkar olmaq istəyən şəxslər üçün biznes planlar hazırlanıb və qiymətləndirmə üçün Dövlət Məşğulluq Agentliyinə təqdim edilib. Bu mərhələdə iştirakçılara məktəbəqədər təhsil mərkəzinin yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.