• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkara "Startap" şəhadətnaməsinin əldə edilməsi üçün sahibkara dəstək göstərilib

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkara "Startap" şəhadətnaməsinin əldə edilməsi məqsədilə biznes planın hazırlanmasına dəstək göstərilib.

Un məmulatlarının satışı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təyyar Quliyev "Startap" şəhadətnaməsinin əldə edilməsi üçün biznes planın hazırlanmasına dəstək göstərilməsi ilə bağlı Şamaxı-İsmayıllı KOBİM-ə müraciət edib. Müraciətə əsasən Şamaxı-İsmayıllı KOBİM-in peşəkar eksperti ilə sahibkar ilə mütəmadi olaraq görüşlər keçirilib və müzakirələr aparılıb. Bu mərhələdə biznesin güclü və zəif tərəfləri, imkanları və təhükələri, biznesin məqsədləri müəyyən edilib, bazar araşdırılması aparılıb, biznesin rəqibləri analiz edilib, marketinq və satış strategiyası hazırlanıb. Eyni zamanda müştəri cəlb etmə və satışın artırılma üsulları müəyyən edilib, istehsal və tədarük planı hazırlanıb. Nəticə olaraq Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkar üçün biznes plan hazırlanıb və şəxsə təqdim edilib.

Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq istəyənlər (+99451) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərlər.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.