• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

    Heydər Əliyev prospekti 48, Şamaxı şəhəri

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlar üçün təlim keçirilib

Sentyabrın 19-da Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün "Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması" mövzusunda təlim keçirilib.

Təlimdə Şamaxı-İsmayıllı KOBİM-in eksperti tərəfindən sahibkarlara sertifikatlaşdırma fəaliyyətinin mahiyyəti, bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatının verilməsi, "Fitosanitar nəzarəti" haqqında qanun, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı, yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi barədə ətraflı məlumat verilib. 10 sahibkarın iştirak etdiyi təlimdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və suallar ətraflı şəkildə cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinin xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti ...

Yanvarın 19-dan 24-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Satış strategiyaları" mövzusunda ...

Yanvarın 22-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.