• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara onlayn məsləhət xidməti göstərilib

Sentyabrın 19-da Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara onlayn məsləhət xidməti göstərilib.

Şamaxı-İsmayıllı KOBİM-in peşəkar ekspert tərəfindən Turqut Əhmədova quru meyvələrə sertifikatın alınması, Rizvan Qənbərova "Rihand" adlı startapı üçün tərəfdaşları ilə imzalanacaq elektron müqavilənin şərtləri, Fariz Xəliliyə hüquqi şəxslərin kredit əldə etmək üçün müvəkkil kredit təşkilatlarına müraciət qaydası və subsidiyanın verilməsi ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinin xidmətlərindən faydalanmaq üçün +994 51 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.