Xəbərlər
Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlarla görüş keçirilib

Sentyabrın 27-28-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən Şamaxıda fəaliyyət göstərən sahibkarlar ilə görüş təşkil olunub.
Bərbərxana, dərzi, kosmetika məhsullarının satışı kimi sahələrdə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşdə Şamaxı-İsmayıllı KOBİM-in fəaliyyəti və sahibkarlara göstərilən dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
Həmçinin sahibkarların ehtiyaclarının qiymətləndirilməsi məqsədilə onlar ilə sorğu həyata keçirilib. Növbəti mərhələdə Şamaxı-İsmayıllı KOBİM-in təlimçi-ekpertləri tərəfindən müxtəlf mözularda təlim və məsləhət xidmətlərinin görülməsi planlaşdırılıb.
Məlumat üçün bildiririk ki, Şamaxı-İsmayıllı KOBİM tərəfindən regionda fəaliyyət göstərən sahibkarların və öz biznesini qurmaq istəyən şəxslərin məlumatlandırılması və ehtiyaclarının müəyyən edilməsi məqsədilə belə görüşlər mütəmadi olaraq davam etdiriləcəkdir.
Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq istəyənlər (+994) 51 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərlər.
Xəbərlər
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...
.
Xəbərlər
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...
.