• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

    Heydər Əliyev prospekti 48, Şamaxı şəhəri

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən təlim keçirilib

Sentyabrın 4-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün təlim keçirilib.

"Marketinq bizneslərə nə üçün lazımdır" mövzusunda təşkil olunan təlimdə Şamaxı-İsmayıllı KOBİM-in peşəkar eksperti tərəfindən marketinq anlayışı və konsepsiyası, məqsəd və vəzifələri, prinsipləri, müasir marketinqdəki əsas trendlər barədə ətraflı məlumat verilib. 20 iştirakçının olduğu təlimdə müxtəlif praktiki tapşırıqlar həyata keçirilib. Təlim mövcud pandemiya qaydalarına uyğun olaraq qruplar şəklində təşkil olunub. Təlimin sonunda iştirakçılar ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinin xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhəri Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzinin ofisinə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti ...

Yanvarın 19-dan 24-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Satış strategiyaları" mövzusunda ...

Yanvarın 22-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.