• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən təlimlərin keçirilməsi davam edir.

Oktyabrın 3-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün "İştirakçı qarantiya sertifikatı" mövzusunda təlim keçirilib.

Təlimdə Şamaxı-İsmayıllı KOBİM-in eksperti tərəfindən sahibkarlara institusional innovasiya anlayışı, iştirakçı qarantiya sistemləri və onların özəllikləri, inkişaf templəri barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılara müxtəlif ölkələrin tətbiq etdiyi iştirakçı qarantiya sertifikatı nümunələri göstərilib. 19 sahibkarın iştirak etdiyi təlimdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və suallar ətraflı şəkildə cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.