• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

    Heydər Əliyev prospekti 48, Şamaxı şəhəri

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən yeni biznesə başlamaq istəyən qadınlar üçün biznes planın hazırlanmasında dəstək göstərilib

"İnternat Məzunlarının Sosial İnteqrasiyası" İctimai Birliyinin tərəfindən Dövlət Məşğulluq Agentliyinin birgə həyata keçirdiyi "Sosial istehsal müəssisəsinin yaradılması" layihəsi çərçivəsində Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Öz biznesinə başla və inkişaf etdir" mövzusunda silsilə təlimlər uğurla bitib.

Təlimlərdə Şamaxı-İsmayıllı KOBİM-in peşəkar eksperti tərəfindən biznes ideyanın seçilməsi, bazar araşdırması, satış planı, satışın idarə edilməsi, tədarük xərcləri, işçilərin seçimi, amortizasiya, müxtəlif xərclərin hesablanması, nəğd pul axını, kompleks maya dəyəri, biznesin hüquqi forması və biznes planın tərtib edilməsi istiqamətində ətraflı məlumat verilib. Təlim nəticəsində 9 yeni biznesə başlamaq istəyən qadın öz layihələri üçün biznes planını hazırlayıb. Biznes planlar Şamaxı-İsmayıllı KOBİM tərəfindən Dövlət Məşğulluq Agentliyinə təqdim edilib. Növbəti mərhələdə iştirakçılar özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar ilə təmin ediləcək.

Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhərində Heydər Əliyev prospekti 48-də yerləşən Mərkəzinin ofisinə müraciət edə bilərsiniz.

Şamaxı-İsmayıllı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti ...

Yanvarın 19-dan 24-dək Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara məsləhət ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı KOBİM tərəfindən "Satış strategiyaları" mövzusunda ...

Yanvarın 22-də Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.