Xəbərlər
Şamaxıda yeni sahibkarlar fəaliyyətə başlayıb.

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (KOBİM) müraciət edən sahibkarlara mart ayı çərçivəsində məsləhət xidmətləri göstərilib.
Müraciətə əsasən Şamaxı şəhər sakini Şahməmmədova Güldanə, Həmzəyev Rəşid, Şamaxı rayonu Şəhriyar qəsəbəsi sakini Məmmədova Əsmər və Şamaxı rayonu Çuxuryurd kənd sakini Həsənova Fazilə sahibkarlıq fəaliyyətini genişləndirmək üçün məsləhət xidmətindən faydalanıb.
Vətəndaşlar sahibkarlıq fəaliyyətini inkişaf etdirmək, vergi uçotuna alınmaq və VÖEN almaqla bağlı müraciət ediblər. Hər müraciətçiyə ayrı-ayrılıqda məsləhət xidməti göstərilib, onlara müvafiq qanunvericlik, qaydalar və prosedurlar izah olunub. Həmçinin VÖEN alınması üçün sənədləşmə işlərində texniki dəstək göstərilib.
Beləliklə müraciət üzrə Şahməmmədova Güldanə (dərzi), Həmzəyev Rəşid (avtomobil çexollarının tikilişi), Məmmədova Əsmər (inkubator-quşçuluq) və Həsənova Fazilə (dərzi) müvafiq fəaliyyətlərinə uyğun olaraq onların məlumatları fiziki şəxslərin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilib və onlara vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) təqdim edilib.
Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhəri Heydər Əliyev prospekti 48-də yerləşən ofisə müraciət edə bilərsiniz.
Şamaxı-KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...
.
Xəbərlər
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...
Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...
.