• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Yeni sahibkarlıq subyektləri təsis edilib.

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinə (KOBİM) müraciət edən sahibkarlara mart ayı çərçivəsində məsləhət xidmətləri göstərilib.

 

            Müraciətə əsasən Şamaxı rayon Məlcək kənd sakini Babaşov Şahin turizm sahəsi üzrə ailə biznesini inkişaf etdirmək üçün, Şamaxı şəhər sakini Əsədov Əlvan və Seyidxanov Vüqar isə sahibkarlıq fəaliyyətinə başlamaq üçün məsləhət xidmətindən faydalanıb.

                Əsədov Əlvan və Seyidxanov Vüqar vergi uçotuna alınmaq və VÖEN almaqla bağlı ayrı-ayrılıqda məsləhət xidmətindən yararlanıb. Onlara müvafiq qanunvericlik, qaydalar və prosedurlar izah olunub. Həmçinin VÖEN alınması üçün sənədləşmə işlərində texniki dəstək göstərilib.

Nəticədə fiziki şəxslərin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilib və onlara vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) təqdim edilib.

            Babaşov Şahin isə turizm sahəsində ailə biznesini inkişaf etdirmək üçün müvafiq qaydada məsləhət xidməti alıb.

            Qeyd edək ki, Şamaxı-İsmayıllı KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı şəhəri Heydər Əliyev prospekti 48-də yerləşən ofisə müraciət edə bilərsiniz.

            Şamaxı-KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.