• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Şamaxı, Azərbaycan

Xəbərlər

Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi təsis edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Şamaxı və İsmayıllı regionlarında fəaliyyət göstərən KOB-lara daha yaxşı və əlçatan xidmət təşkil etmək məqsədilə Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzini təsis edib.

 

Mərkəzin əsas məqsədi Şamaxı və İsmayıllıda kiçik və orta biznes subyektlərində fəaliyyət göstərən sahibkarların və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi şəxslərin bilik və bacarıqlarını artırmaq, sahibkarlığın təşviq edilməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə KOBİM müxtəlif mövzularda yerli və xarici ekspertlər, təlimçilər tərəfindən keyfiyyətli, ödənişsiz təlim, məsləhət və şəbəkələşmə üzrə xidmətlər təşkil edəcək, innovativ sahibkarlığa və startaplara dəstək proqramları həyata keçirəcək, gənclər, qadınlar arasında sahibkarlığı təşviq etmək məqsədilə müxtəlif proqramlar icra edəcək.

 

Xidmətlərimizdən faydalanmaq üçün +994 51 215 79 48 nömrəsi ilə əlaqə saxlaya və ya Şamaxı rayonunda Heydər Əliyev Prospekti 48-də yerləşən Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzinin ofisinə müraciət edə bilərsiniz.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzi (KOBİM) “İntellektual klubların Gənclər liqası”na ev sahibliyi ...

.

Xəbərlər

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət ...

Şamaxı-İsmayıllı #KOB İnkişaf Mərkəzinə (#KOBİM) müraciət edən sahibkarlara #aprel ayı ərzində məsləhət ...

.